"Səni parçalayaram" - Sevda izləyicisini hədələdi

"Səni parçalayaram" - Sevda izləyicisini hədələdiMüğənni Sevda Sanəliyeva ona şərh yazan izləyicisini təhqir edib.
Ictimaixeber.com-ın məlumatına görə, sənətçi oğlu Elgünün fotolarını yayımlayıb. Bir izləyicisinin "Cırmaqlaşa-cırmaqlaşa bir oğlan qazandın" şərhi Sevdanı özündən çıxarıb.

Müğənni onu hədələyərək "Başa düşmədim. Cırmaqlaşmağı nə məna ilə dedin? Bilmədim, amma ağzını cırıb, səni doğulmağına peşman eləyərəm, bundan əmin ol. Soyumaram, parçalayaram səni. Hansı şəklin altına nə rəy yazdığına diqqət elə" cavabını verib.

Qeyd edək ki, Sevdanın ilk evlilikdən bir oğul, ikinci nikahından qız övladı var.

"Səni parçalayaram" - Sevda izləyicisini hədələdi