Günayın adı fırıldaqçılıqda hallanır - Müğənnilər arasında dava+Yenilənib

Günayın adı fırıldaqçılıqda hallanır - Müğənnilər arasında dava+YenilənibAzərbaycan Modalar Assosiasiyası "Baku Fashion Expo" üçün müsabiqə elan edib. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar telefon kaburası üçün maraqlı eskizlər təqdim edib. Məşhur telefon şirkətlərindən biri isə qalibə ən son model telefon vəd verib. Müsabiqədə məşhur simalarımız da iştirak ediblər. Onlar arasında müğənni Günay İbrahimli və keçmiş ifaçı, modelyer Sehri Rəhimova yer alıb.
Ictimaixeber.com-ın məlumatına görə, müsabiqənin nəticələri sənətçilər arasında qalmaqala səbəb olub. Belə ki, Günayın təqdim etdiyi eskiz birinci seçilib. Buna isə həm digər iştirakçılar, həm izləyicilər, həm də Sehri etirazını bildirib.

İnstaqramda yarışmanı keçirən "afdabaku" (Azerbaijan Fashion Designers Association) səhifəsi bütün iştirakçıların təqdim etdiyi eskizləri paylaşaraq, "like" edilməsini tələb edib. Şərtə görə, ən çox bəyəni toplayan eskizin sahibi birinci seçilərək, dəyəri 2 min manat olan telefonu qazanacaq.

Sehrinin eskizi:



Nəticədə isə Günayın paylaşdığı eskiz birinci seçilib. Bunun isə saxta olduğu iddia edilib. Belə ki, Sehri İnstaqram səhifəsində öz fotosunun topladığı səsləri yayımlayıb. Onun şəkli 11 mindən çox "like" topladığı halda, birincinin Günayın 8091 bəyəni toplayan şəklinin olması Rəhimovanı özündən çıxarıb. Səhifədə isə digər bütün paylaşımlar silinib və ancaq Günayın eskizi qalıb.

Etirazını bildirən Sehriyə izləyicilər də dəstək olublar. İfaçı yarışma başlayan andan çəkib saxladığı görüntüləri paylaşaraq etirazını bildirib:

"Hazırlaşın, sabah Günaya "halal" telefonunu verəcəklər. Bu fıraldıqçılar əsl istedadlara dəyər verməyi bacarmayanlardır. Onlar Günay İbrahimlinin adından istifadə edərək, saxta fotonu qalib seçiblər. Guya, bu fotonu Günay özü çəkib. Əgər bilsəydim belə ehtiyacları var, 2 min manat olan telefonu özüm alıb, ona bağışlayardım. Guya, Günay eskiz çəkir? O, hələ geyinməyi öyrənməlidir, o ki, qaldı eskiz çəkməsi. Hamı bilsin, bu səhifə yalançılarla, fırıldaqçılarla doludur. Kiminsə rəyi onlar üçün əhəmiyyətli deyil. Əgər düzgün idilərsə, başqalarını silməzdilər".

***

Günay da məsələyə biganə qalmayıb. O bildirib ki, eskizi özü çəkməyib:

"Yazılıb ki, guya eskizin qalibi mənəm. Amma belə deyil. Mən bəyəm rəssamam? Dostumun qızının əl işidir. Eşitdim, mən də İnstaqramda paylaşdım ki, dəstək olum. Səhifəmdə yazdım ki, səhifəyə girib həmin eskizi “like” edin. Burda nə var ki? Qeyd etməmişəm ki, şəklin müəllifi mənəm... Yaxud da həmin səhifə yazmayıb ki, Günay İbrahimlinin əl işidir. Anlaşılmazlıq olub. Girib həmin səhifəyə də təşəkkür yazmışam. Ona görə ki, insanlar mənə görə, gəlib "like" qoyublar. Mənim bu məsələyə aidiyyatım yoxdur".