Könül kompleks yaşayır - 10 kq. kökəlib

Könül kompleks yaşayır - 10 kq. kökəlibƏməkdar artist Könül Kərimova son günlər hədsiz çəki almaqdan şikayətlənib.
Ictimaixeber.com-ın məlumatına görə, "Şou news" verilişinə açıqlama verən müğənni bildirib ki, 10 kiloqram çəki alıb:

"Dəhşət problemim var. Məni uzaqdan çəkin. Hazırda ən kök halımdır. Sümüyüm xırda olduğu üçün çox bilinmir. Səhnə xatirinə geyimlə artıq çəkimi gizlədirəm. Kompleks yaşayıram. Boyum hündür deyil deyə, kilo almaq yaxşı görüşmür. Mübarizə aparıram, 2 kiloqram arıqlamışam. Pəhriz saxlamıram, dadlı yeməklər yeyirəm. Hazırda 77 kiloqramam. Heç vaxt 67 kiloqramdan kök olmamışam. Konsertlərdə enli paltarlarla gizlədirəm çəkini.