Murad Arifdən Gövhər Həsənzadəyə cavab

Murad Arifdən Gövhər Həsənzadəyə cavabMüğənni və bəstəkar Murad Arif “Söhbətsiz” proqramında Əməkdar incənət xadimi Gövhər Həsənzadənin onun ünvanına dediyi sözlərə cavab verib.

Ictimaixeber.com xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb:

“Sayğılı Gövhər Həsənzadənin timsalında, dürüst və səmimi insanları çox sevirəm. Var olun, müəllimim”.

Qeyd edək ki, Həsənzadə Muradın ünvanına bu sözləri işlətmişdi:

“İfaçının bəstəkarlıq sənətinə yiyələnməsi çətindir. Murad Arif hit yazarıdır, tamaşaçının zövqünü oxşaya biləcək musiqi kompozisiyalarını yaradır. Murad heç vaxt “bəstəkarlığa iddialıyam” deməyib. “Mən bəstəkaram” dediyini də eşitməmişəm. Özüm belə bəstəkar adına layiq olmağa çalışıram. Ona görə də bir başqa insan gəlib deyə bilməz ki, mən də bəstəkaram, Fikrət Əmirov da, Tofiq Quliyev də. Murad Arif bəstəkar deyil, musiqi yaradıcısıdır. Çox da zövqlüdür. Gələcəkdə onun mahnıları estrada janrda olan ifalar içərisində yer alacaq. Bir-iki mahnı ilə olmur. Bəstəkarın klassik musiqi biliyi olmalıdır”.