"Buna görə də uzun və enli geyinirdim" - Oksana

"Buna görə də uzun və enli geyinirdim" - OksanaRəqqasə və aktrisa Oksana Rəsulova qısa zamanda necə arıqlamasından, ana olandan sonra həyatında baş verən dəyişikliklərdən söz açıb.

Ictimaixeber.com-ın suallarını cavablandıran Oksana bildirib ki, uzun müddətdir sağlam qidalanır:

“Süd verilən zaman düzgün qidalanmaq lazım idi. Daha sonra klinikada iynəsiz prosedurlar etdirdim. Ora bir çox insan gedir, ancaq hər kəs arıqlaya bilmir. Çünki prosedurlarla yanaşı, düzgün qidalanmaq da labüddür. Dörd gündən bir istədiyim yeməklərdən yeyirəm, qalan günlər isə sağlam qidalanıram. Bu, mənə çox xoşdur. Tort, şirniyyat və digər qidaları da yeyirəm, amma qədərində”.

Rəsulova bir müddət uzun və geniş libaslara müraciət etməsinə də aydınlıq gətirib:

“Uşaq doğulandan sonra kök idim deyə, onları ört-basdır etmək üçün geniş və uzun libaslar geyinirdim. İstəmirdim ki, daha da kök görünüm. Hazırda hamiləlikdən öncəki Oksanaya qayıtmışam. Ona görə də istədiyim kimi geyinirəm”.