Müğənni İlqar Xəyal uzun fasilədən sonra yenidən sevənlərinin qarşısına çıxacaq.
ictimaixeber.info-ın məlumatına görə, sənətçi Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Jara" musiqi festivalında mahnılarını səsləndirəcək.
Bir neçə ildir gündəmdən uzaqlaşan İ.Xəyalın çıxışı iyulun 26-na planlaşdırılıb.
Qeyd edək ki, iyulun 25-dən 28-nə kimi keçiriləcək "Jara" beynəlxalq musiqi festivalının qonaqları Rusiyanın tanınmış ifaçıları olacaq. Azərbaycandan isə Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova tədbirin qonaqları sırasında yer alacaqlar.
İlqar Xəyal "Jara" ilə qayıdır
sosial sebeke

















