İmanov qardaşları “Məhəllə 3”ü təqdim etdi - VİDEO

İmanov qardaşları “Məhəllə 3”ü təqdim etdi - VİDEO
Bu gün Heydər Əliyev Sarayında "Məhəllə 3" filminin təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, filmin prodüserləri əməkdar artistləri Tahir və Cabir İmanovlar, rejissoru isə İsmayıl Zeynalovdur.

Filmdə tanınmış aktyorlar - Dilarə Əliyeva, Bəhram Bağırzadə və gənc simalar yer alıb.

“Sovetski” məhəlləsinin sökülməsi ilə başlanan film mövzusu daha sonra oğurlanan bahalı xalça ətrafında cərəyan edir. Film yumor və gülüş səhnələri ilə zəngindir.

Film nümayişindən öncə çıxış edən aktyor heyəti "Məhəllə”nin davamının olacağını bildirib.