"Ləkədirlər, zəhər kimi yayılırlar" - Abbas

"Ləkədirlər, zəhər kimi yayılırlar" - Abbas"Elə musiqi janrı dəbə minib ki... Düşünürəm, görəsən, bu, nə vaxtsa, bitəcək? Amma əksinə zəhər kimi yayılır. Onlar musiqiçi deyil. Əksinə musiqiyə ləkədirlər".

Ictimaixeber.com-ın məlumatına görə, bu sözləri əməmkdar artist Abbas Bağırov "Ən yaxşısı" verilişində deyib. Müğənni son günlər gündəmdən düşməyən mahnılardan, yeni çıxan ifaçılardan söz açıb.

Bağırov məşhurların "ulduz xəstəliyi"ndən də bəhs edib:

"Ulduz" sözünün mənası başqadır. Bayağılığı ilə sevilən, lazımsız videolarla fenomen olan ulduz deyil. Əsl ulduz hörmət edilən, sənətinin zirvəsində olan, hörmət edən, əlçatmaz bəstəkarların mahnılarını yaşadanlardır".