Azərbaycana gəlməyə dəyər

Sumqayıt şəhər General-mayor Həzi Aslanov adına 22 saylı tam orta məktəbdə ingilis dili fənnindən açıq dərs keçirildi.
İctimaixəbər.informasiya portalı xəbər verir ki, Məmmədova Gülüzar müəllimənin IX B sinifində “Azərbaycana gəlməyə dəyər” (Azerbaijan-worth visitinq) mövzusunda ingilis dili fənnindən açıq dərs keçirildi. Şagirdlər “Ana Vətən” (Motherland) mövzusunda dinləmə mətininə qulaq asdıqdan sonra müxtəlif qruplara bölünərək Azərbaycan haqqında olan faktlara münasibət bildirildi. Düzgün yazı qaydaları nümayış etdirilən şəkilçilər müxtəlif formalarda ifadə edildi. Dərsin əsas məqsədi şagirdlərin bilik və baçarıqlarından istifadə edərək onları Vətənimizi sevməyə, onu qorumağa, Vətənimizin tarixinə, onun milli dəyərlərinə qiymət verməyə həvəsləndirmək idi. Gülüzar müəllimə eyni zamanda şagirdlərə yeni sözləri ingilis dilində izahat verərək təqdim edib iş vərəqləri payladı.
Sonra şagirdlər öz dərsliklərində olan mətnləri oxuyaraq müxtəlif suallara öz iş vərəqlərinin köməyi ilə cavab verdilər.
Eyni zamanda
müəllimə şagirdlərə işgal olunmuş torpaqlarımız haqqında məlumat verdi. Açıq dərs aprel ayına təsədüf etdiyi üçün “Aprel zəfərindən”, şəhidlik zirvəsinə ucalmış şəhidlərin qəhrəmanlığından ətraflı söhbət açdı. Müəllimə işgal altında olan rayonları “Blask memory” adı altında slayd vasitələrlə şagirdlərə təqdim etdi.
Gülüzar müəllimə Zəngilan rayonundan məcburi köçün olduğu üçün rayonun əvvəlki və sonrakı tarixi haqqında həmçinin oxuduğu məktəbi və doğulub boya-başa çatdığı doğma yerlər barəsində şagirdlərə məlumat verdi.
Yaradıçı təqdim etmə bölümündə slayd şəkildə Azərbaycanın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan” seri səsləndirilərək görüntülü təqdim edildi. Şagirdlər isə həmən şeri ingilis dilində söylədilər.
Müəllifdən: Bu gün böyüməkdə olan nəslə Azərbaycanı sevdirmək, işgal olunmuş rayonları tanıtmaq, şəhidlik zirvəsinə uçalan şəhidlər haqqında mütamadə olaraq məlumatlar vermək müəllimlərin vətənpərvərlik borcudur. Şagirdlər heç bir zaman qan yaddaşımızı unutmamalıdırlar!
Yeganə Telmanqızı

Azərbaycana gəlməyə dəyər
Azərbaycana gəlməyə dəyər
Azərbaycana gəlməyə dəyər
Azərbaycana gəlməyə dəyər
Azərbaycana gəlməyə dəyər
Azərbaycana gəlməyə dəyər
Azərbaycana gəlməyə dəyər