Qəhrəman Ruhların Görüşü- FOTO/VIDEO

Bakı şəhəri 221 saylı tam orta məktəbdə “Qəhrəman Ruhların Görüşü” adlı ədəbi-bədii kompazisiyası keçirildi

İctimaixəbər.com xəbər verir ki,06.05.2019-cı il tarixidə Bakı şəhəri 221 saylı tam orta məktəbin 8 C şagirdləri Böyük Vətən Müharibəsində faşızmin üzərində qələbənin 74 illiyinə həsr olunmuş “Qəhrəman Ruhların Görüşü” adlı ədəbi-bədii kompazisiyası keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra iştirakçılar qəhrəmanlıq adını tarixə öz misilsiz şücayətləri ilə yazdırmış üç qəhrəman oğul- tarixi şəxsiyyət Şah İsmayıl Xətai, 2 dəfə Sovet İtiffaqı Qəhrəmanı General-mayor Həzi Aslanovu və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun obrazlarında maraqlı kompazisiya göstərdilər. Onlar üç qəhrəmanın obrazında bu günə qədər Azərbaycan xalqının başına gətirilən müsübətlərdən danışdılar. Dialoq şəklində hər üç qəhrəman Azərbaycan oğlanlarının mərd, qəhrəman, çəsur, igid Vətəninə, xalqına bağlılıqlarını obrazları ilə canlandırdılar.
Həzi Aslanov obrazı- 1941-45-ci illər müharibəsində yaşanan savaşda neçə-neçə ailə oğulsuz, körpə atasız, ailə başsız qalmışdır. Saysız qəhrəman övladlarının qanı bahasına əldə olunan qələbədə onları tək bir amal-Azərbaycanı qorumasından söhbət açdı.
Şah İsmayıl Xətai obrazı- Bizki heç zaman zalım, vicdansız, imansız olmadıq. Mübariz bayraqdar olub şanlı bayrağımızı zəfərlərlə daşıyan olduq. Bizki bir ölüb min doğulan türk oğlu türk olduq.
Mübariz İbrahimov obrazı- Şəhid olduğum gündən bu yana nə məzarım, nə də ailə ocağım vətənini sevən, şəhidinə dəyər verən Vətən övladları tərəfindən tək qoyulmadı, daima anıldı. Hər birinin də eyni sözü, eyni andı oldu QARABAĞ BİZİMDİR BİZİM OLACAQ!
Tədbirin aparıcıları Səid İsgəndərov, Məhluqə Babayeva, Fidan Ağazadə. Ruh rollarında Akif Xəlilov, Nicat Əliyev, Vüqar Kərimov. Qarabağ şikəstəsini tarda Fərid Qəhrəmanov, sazda Tunar Elşadoğlu müşayəti ilə Nərgiz və Miyasənin ifasında “Qarabağ şikəstəsi” dinlənildi. Zəhra Rüstəmova, Namiq Salmanov, Tamilla Həsənova ana və vətənpərvərlik mövzusunda bir-birindən maraqlı seirlər söylədilər, 8 C və 4 A sinifinin şagirdləri müxtəlif rəqslər ifa etdilər.
Tədbirin sonunda “Qarabağ bizimdir bizim olacaq!” 4A, 6 B, 8 C sinif şagirdlərinin hazırladığı video klip təqdim olundu. Klipin ideya müəllifi, rejissoru, sseneri müəllifi Pərvanə Səmədova, təşkilatı dəstək Rəsad Bədəlov və Arzu Mehrəliyeva, kompazisiya Natiq Şirinov, xoreoqrafiya Qönçə Orucovaya məxsusdur.
Bizdə İctimaixəbər.com sayıtı olaraq vətənpərvər mövzusunda dahi şəxsiyyətlərin obrazlarında hazırlanan Bakı şəhəri 221 saylı tam orta məktəbin direktoru Fikrət Xəlilov başda olmaqla tədbirin sseneri müəllifi, təşkilatçı Pərvanə xanım Səmədovaya və 8 C sinifinə bol-bol uğurlar və təhsil nailiyyətləri arzulayırıq.
İndi isə sizə “Qarabağ bizimdir bizim olacaq!” video klipini təqdim edirik.

Yeganə Telmanqızı

Qəhrəman Ruhların Görüşü- FOTO/VIDEO
Qəhrəman Ruhların Görüşü- FOTO/VIDEO
Qəhrəman Ruhların Görüşü- FOTO/VIDEO
Qəhrəman Ruhların Görüşü- FOTO/VIDEO
Qəhrəman Ruhların Görüşü- FOTO/VIDEO
Qəhrəman Ruhların Görüşü- FOTO/VIDEO
Qəhrəman Ruhların Görüşü- FOTO/VIDEO
Qəhrəman Ruhların Görüşü- FOTO/VIDEO
Qəhrəman Ruhların Görüşü- FOTO/VIDEO
Qəhrəman Ruhların Görüşü- FOTO/VIDEO
Qəhrəman Ruhların Görüşü- FOTO/VIDEO


İndi isə sizə “Qarabağ bizimdir bizim olacaq!” video klipini təqdim edirik