Sumqayıtda direktor işdən çıxarıldı

Sumqayıtda direktor işdən çıxarıldı
Sumqayıtda məktəb direktoru vəzifəsindən azad edilib.
Xeberle.com-un məlumatına görə, Sumqayıt şəhər 9 nömrəli məktəbin direktoru Həqiqət Abdullayeva işdən çıxarılıb.
Xəbəri Sumqayıt şəhər Təhsil Şöbəsindən Xeberle.com-a təsdiqləyiblər.
Təhsil şöbəsindən bildirilib ki, H. Abdullayeva öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub: "Hazırda direktor vəzifəsinin müvəqqəti icrası Təhsil şöbəsinin aparıcı məsləhətçisi Oktay Nuriyevə həvalə edilib".
Qeyd edək ki, H. Abdullayevanın adı mətbuatda məktəbdə baş verən hadisələrlə bağlı tez-tez hallanırdı.
Sumqayıtda direktor işdən çıxarıldı