Neçə vaxtdır sosial mediada Sumqayıt şəhər 9 saylı tam orta məktəbin direktor əvəzi Həqiqət xanım Abdullayeva ilə bağlı dəlili və sübutu olmayan şər-böhtan xarakterli yazılar verilir. Guya bu məktəbdə dərs prosesləri davamlı pozulur, digər qeyri-uyğun hallar baş verir; buna görə də H.Abdullayeva vəzifəsindən kənarlaşdırılıb. Hansı ki, Sumqayıt şəhər 9 saylı məktəb hazırkı durumu, Həqiqət xanımın rəhbər missiyası bir çox tədris müəssisələrinə nümunə göstərilə bilər.
Bəllidir ki, bar ağacına daş atan çox olur. Bu daş iki halda atılır; birinci halda meyvəsini tökmək, ikinci halda isə ağacı məhv etmək üçün. Bu mənada, Həqiqət xanımın təhsil bacarığı, məktəb-təhsil işini yüksək səviyyədə bilməsi görünür, kimlərinsə marağını alt-üst edir. Bu səbəbdən onunla bağlı yersiz şikayətlərə start verilib. Biz bilən, yalan da iftira kimi bir şeydir; yerimək gücü olmadığından susur.
Xatırladaq ki, Həqiqət xanım Abdullayevanın fəaliyyəti dövründə 9 saylı məktəbdə təhsil dövlətin əsas prioriteti kimi diqqət çəkib, məktəbin struktur komponentlərində şagirdin öz müstəqilliyi əsas götürülüb, onların dərketmə bacarıqları artırılıb. Bu da o anlama gəlir ki, adıçəkilən məktəbdə həqiqətən, təhsilin inkişafına böyük diqqət yetirilir və Həqiqət xanım direktor əvəzi olaraq ümummilli lider Heydər Əliyevin “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” fikrini əlində rəhbər tutub.
Bu gün 9 saylı məktəbdə təhsilin daha qlobal inkişafı üçün əsaslı addımlar atılır. Hazırda Həqiqət xanımın bilavasitə rəhbərliyi altında məktəbdə təhsil kompleks şəkildə öz inkişafını təmin edir, şagirdlərin dərsə münasibəti ciddi formalaşıb, məktəb-şagird aspektləri innovativ resursların ən yüksək həddindədir, bu istiqamətdə praktiki tədbirlər gücləndirilib.
aim.az


















