Sumqayıt şəhər Şah İsmayıl Xətai adına 30 saylı orta məktəbdə ilk zəng çalındı

Bilik günü ilk zəng, ilk həyəcandır
Sumqayıt şəhər Şah İsmayıl Xətai adına 30 saylı orta məktəbin həyəti “Bilik bayramı” günü münasibəti ilə bayramsayağı bəzədilmişdi. Tədbir Azərbaycanın Dövlət bayrağı qaldırılıb, Azərbaycanın Dövlət himni ilə açıq elan edildi. Rəsmi hissədən sonra gözəl milli rəqslər ifa olundu, mahnılar oxunub, şeirlər söylənildi.
Sonra tədbir iştirakçıları qarşısında çıxış edən məktəbin direktoru Fəridə xanım Cəlilova ilk öncə əlamətdar hadisə münasibətilə məktəbə gəlmiş rəsmi qonaqları, şagirdləri, birinciləri və valideynləri ürəkdən salamladı.O öz cıxışında qeyd etdi: -Məktəbimizin nəticələri kifayət qədərdi. Bu ilki nəticələrimiz 88 faizdən artıqdır. Qürurverici haldır ki, məktəbimizin məzun şagirdləri öz övladlarınıda bizim məktəbdə təhsil almağa yönəldilər. Artıq bir necə məzunlarımızında övladları tələbə adını qazanmışdılar. Bu gün məktəbimizin məzunları Azərbaycanda nüfuzlu sahələrdə çalışırlar. Həmişə olduğu kimi bu il də məzunlarımız tələbə adına layiq görüldü. 42 məzundan 37 şagird ali təhsil ocaqlarına, 5 şagird kollecə yaxşı nəticə göstərərək tələbə adı qazanmışdılar. Məktəbimizin pedoqoji kollektivi sıx birləşərək şagirdlərin yüksək təhsil almaları üçün əllərindən gələni edirlər. Bir daha tələbə adını qazanmış məzunlarımızı və məktəbimizin şagird və müəllim kollektivini yeni dərs günü münasibəti ilə təbrik edirəm.
Tədbirə məzunlar, onların müəllimləri və valideynləri ilə yanaşı ictimaiyyət nümayəndələri və məktəbin keçmiş məzunlarıda toplaşmışdılar. İcra nümayəndəsi Fərid Abdullazadə, Mənzil İstismar sahəsinin müdiri Ceyhun Əliyev, Məhəllə Ağsaqqallar şurasının üzvü Yaqub Xurşuməmməd, keçmiş məzunlardan Regional vəkil bürosunun direktoru Anar Qasımlı, məktəbin valdeyni Asim Allahverdiyev, İctimaixeber.com-un əməkdaşı Yeganə Telmanqızı məzunları və məktəbin kollektivini təbrik edərək onlara gələcək yollarında uğurlar arzuladılar. Xoş melodiyalar səslənir, ilk zəngin sədaları ətrafı bürüyür. Daha bir ilin ilk zəngi səslənir.
Xatırladaq ki, məktəbi bitirən məzunlardan 3 şagird 650 baldan yuxarı, 1 şagird 600 baldan yuxarı, 7 şagird 500 baldan yuxarı nətəcə yığaraq azərbaycanın nüfuzlu ali məktəblərində tələbə adı qazanmışdılar. Bu il 150 şagird birinci sinifə daxil olmuşdur. Məktəbdə 1150 şagirdin təlim təhsiliylə 62 müəllim məşğul olur.
Bizdə İctimaixəbər.com informasiya portalı olaraq Sumqayıt şəhər Şah İsmayıl Xətai adına 30 saylı orta məktəbin direktoru Fəridə xanım başda olmaqla müəllim və şagird kollektivini yeni dərs günü münasibəti ilə ürəkdən təbrik edirik. Onların hər birinə Vətənimizin və dövlətimizin adını həmişə zirvələrə ucaltmaqlarını arzulayırıq.
Bilik bayramınız mübarək

Yeganə Telmanqızı
“İctimaixəbər.com

Sumqayıt şəhər Şah İsmayıl Xətai adına 30 saylı orta  məktəbdə ilk zəng çalındı
Sumqayıt şəhər Şah İsmayıl Xətai adına 30 saylı orta  məktəbdə ilk zəng çalındı
Sumqayıt şəhər Şah İsmayıl Xətai adına 30 saylı orta  məktəbdə ilk zəng çalındı
Sumqayıt şəhər Şah İsmayıl Xətai adına 30 saylı orta  məktəbdə ilk zəng çalındı