Sumqayıt şəhər 7 saylı tam orta məktəb ilk zəngi təntənəli qarşıladı

Corat qəsəbəsində yerləşən Sumqayıt şəhər 7 saylı tam orta məktəbdə ilk zəng çalındı. Tədbir Azərbaycanın Dövlət bayrağı qaldırılıb, Azərbaycanın Dövlət himni ilə açıq elan edildi. Rəsmi hissəni məktəbin direktoru Təranə Haqverdiyeva öncə “Bilik günü” münasibətilə məktəbə gəlmiş rəsmi qonaqları, şagirdləri, birinciləri və valideynləri ürəkdən salamlayaraq təbrik etdi. Məktəbin fəxri qonaqlarından Təhsil şöbəsinin metod kabinet direktoru Gülbahar Haqverdiyeva, Sumqayıt şəhər icra hakimiyyətinin Corat qəsəbə üzrə nümayəndəsi Rahib Abbasov, Corat qəsəbə Ağsaqqallar şurasının sədri Zakir Balamiyev, Vetranlar şurasının sədri Rüstəm Əliyev, Corat qəsəbə sədri Elcin Əbilov, Corat qəsəbə Ağsaqqallar şurasının sədri Fəxrəddin Behbudov məktəbin pedoqoji kollektivini, valdeyn və şagirdlərini ürəkdən təbrik edərək onlara yeni dəsr ilində uğurlar arzuladılar.
Rəsmi hissədən sonra bir-birindən rəngarəng gözəl milli, avropa rəqslər ifa olundu, mahnılar oxunub, şeirlər söylənildi.
İlk zəngi 11-ci sinif şagirdi Dünya çempionu, məktəbin fəxri Kənan Babayev birinci sinif şagirdi Yusif Əlizadə səsləndirdi. Xatırladaq ki, keçən il məktəbi bitirən 38 məzundan 21 şagird ali, 4 şagird kollecə daxil olaraq tələbə adına layiq görülmüşdür.Məktəbin qəbul faizi n 78 faizdir. Bu il 122 şagird birinci sinifə qəbul olunmuşdur. Məktəbdə ümumi 1050 şagird təhsil alır onların təlim tədrisi ilə məşğul olur. Bizdə İctimaixəbər.com informasiya portalı olaraq başda məktəbin direktoru Təranə xanım olmaqla pedaqoji kollektivə və şagirdlərə yeni – 2019-2020-ci dərs ilində uğurlar arzulayırıq.
Əziz şagirdlər! Biz sizinlə birlikdə sabaha baxırıq. Sizin uğurunuz Azərbaycanın uğurudur.

Bilik bayramınız mübarək

Yeganə Telmanqızı
“İctimaixəbər.com”