Məqsədimiz Xalqı savadladırmaqdır. FOTO

Əziz oxucu bu gün Sumqayıt şəhər 24 saylı tam orta məktəbin qonağı oldum.
Məktəbin tarixinə nəzər salaq: 1974-cı ildən fəaliyyət göstərir. Məktəb 2012-ci ildə “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi olmuşdur. 2018-ci ildə “Kimyəvi Qida əlavələrinə yox deyək” 2-ci qrand müsabiqəsində 125 Azərbaycan məktəbləri içində qalib olmuşdur. Lahiyənin rəhbəri Nahidə Behbudova idi. Məktəb “Rəqəmsal bacarıqlar” lahiyəsinində qalibi olmuşdur. Lahiyənin rəhbərləri: Aygün Musayeva, Çinarə İsmayılova, Fəxriyyə Əliyeva, Nahidə Behbudova. Hal-hazırda 4 sinif bu lahiyəni uğurla inkişaf etdirir.
Müəllimlərin peşə bayramı münasibəti ilə şəhərdə keçirilən tədbirdə Səadət Səmədzadə, Arizə Balayeva, Emma Quliyeva şəhər icra başçısı Zakir Fərəcov tərəfindən Fəxri fərmana layiq görülmüşdülər. Məktəbin idmançı şagirdləri şəhərimizdə və Respublikada keçirilən mötəbər idman yarışlarında kifayət qədər idman uğurları əldə etmişdilər.
Məktəbin direktoru Nəsibə Mayıl qızı Cabbarova 2017-ci ilin dekabr ayından məktəbə rəhbərlik edir. 3 mərtəbədən 50 sinifdən ibarət olan bu məktəbdə hal-hazırda 1308 şagirdin təlim-tərbiyyəsi ilə 96 müəllim məşğul olur, 5 hazırlıq sinifində 88 usaq təhsil alır. Məktəb 2 növbəli rejimlə çalışır və tibb otağından, emalatxanadan, idman və akt zallarından və bufetdən ibarərdir. Məktəbin qarşısında şəhid xatirəsinə həsr olunan şəhidlər guşəsi var. Məktəbdə özündə maraqlı mövzuları əks etdirən “Şərəfim Vətənə xidmətimdir”, siniflərin hazırladıqları müxtəlif divar qəzetləri, əlaçılar lövhəsi, şanlı qələbə tariximizi əks etdirən “Aprel döyüşlərinə” həsr olunan tablo və digər stendlər var. Siniflərdə Milli Qəhrəmanlarımıza və Azərbaycanın işgal olunan torpaqlarından bəhs edən stendlərdə yer alıb. Şagirdlərin dərsə davamiyyəti 98 faizdi. Kecən ilki nəticələrdə ürək açandır. Beləki, məktəbi bitirən 53 məzundan 34 nəfər sənəd verib 31 nəfəri müxtəlif ali məktəblərə daxil olmuşdular. 2 məzun 600-dən yuxarı bal, 5 məzun 500-dən çox bal toplamışdılar. İsmayılova Aygün müəllimənin “Hər birimiz bir günəşik” adlı 1A sinifində, Həmidova Sədaqət müəllimənin 3A sinifində və Tağıyeva Xuraman müəllimənin 10 A sinifində qonaq olduq. İbtidai siniflərdə şagirdlərin əl işlərindən ibarət olan sərgilər var.
Məktəbin “Şahinlər” və adlı hərbi komandası müntəzəm olaraq şəhərin hərbi tədbirlərində istirak edirlər. Bu komandaya rəhbərlik edən məktəbin hərbi müəllimi Qarabağ müharibəsi iştirakçısı Süleymanov Nəriman Mehman oğludur.
24 saylı tam orta məktəb əlamətdar günlərdə müxtəlif tədbirlər kecirilib. Bu ilki tədris ilində “Bilik günü”, “Müəllimlər günü”, “Müstəqillik günü” adlı tədbirlər, açıq dərslər və dəyirmi masallar keçirilmişdir. Qarşıdan gələn “Bayraq günü”, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş, “Azərbaycanlıların həmrəyliy günü” adlı tədbirlər keçirməyinidə iş planlarına daxil etmişdilər. Məktəbin bir sıra fəal şagirdləri “Sabahın alimləri” adlı lahiyədə iştirak etmək üçün hazırlaşırlar. 2020-cı ildə də “20 Yanvar” faciəsinin 29-cı ildönümünü, “Xocalı faciəsi”, “Novruz şənliyi”, “Ümummilli Lider H.Əliyevin doğum günü” və s. adlı tədbirlər keçiriləcək.
Məktəbin direktoru Nəsibə Cbbarova İctimaixəbər.com-un əməkdaşına verdiyi müsahibəsində bunları bildirdi:
-Yeganə xanım Sumqayıt təhsili Respublikada öndə olan təhsillər siyahısındadı. Ali məktəblərə yüksək bal yığan məzunların çoxu Sumqayıt məzunlarıdır və bu uğurda bizim məktəbimizində payı var. Rəhbərlik etdiyim pedoqoji kollektivi şagirdlərə yüksək təhsil vermək üçün mənlə çiyin-çiyinə çalışırlar. Məktəbimiz Azərbaycanda keçirilən lahiyələrdə davamlı olaraq iştirak edirlər. 2019-cı il təhsil uğurlarımızın sırasında Məmmədova Yasəmən Əli qızı 90 bal toplayaraq 9-cu sinifin buraxılış imtahanında 100 faiz nəticə əldə edərək Respublikada birinci yerə çıxmışdır. Məqsədim xalqı savadladırmaqdır.
Bizdə İctimaixəbər.com xəbər portalı Sumqayıt şəhər 24 saylı tam orta məktəbinin direktoru Nəsibə xanım başda olmaqla müəllim, şagird kollektivinə möhkəm can sağlığı, təhsildə uqurlar arzulayırıq. Nailiyyətləri bol olsun. Məktəbiniz həmişə Respublikada tanınan məktəblər sırasında olsun. Dünənki, bu günki və sabahkı məzunlarınızla fəxr edəsiniz.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

Məqsədimiz  Xalqı savadladırmaqdır. FOTO
Məqsədimiz  Xalqı savadladırmaqdır. FOTO
Məqsədimiz  Xalqı savadladırmaqdır. FOTO
Məqsədimiz  Xalqı savadladırmaqdır. FOTO
Məqsədimiz  Xalqı savadladırmaqdır. FOTO
Məqsədimiz  Xalqı savadladırmaqdır. FOTO
Məqsədimiz  Xalqı savadladırmaqdır. FOTO