MƏKTƏB BİR MƏBƏDDİR - FOTO

Bu il Sumqayıt şəhərinin 70-illiyi qeyd edilir. Bu yubley ərəfəsində Z.S.Hacıyev adına Sumqayıt şəhər 17 nömrəli məktəbin qonağı oldum.
Əziz oxucu bu gün məktəbin tarixinə nəzər salaq: 1967-ci ildən fəaliyyət göstərir. Məktəbin direktor əvəzi Rəna Rufullayeva 2012-ci ildən dərs hissə müdiri, 2019-cı ildən direktor əvəzi vəzifəsində çalışır.
3 mərtəbədən 34 sinif otağından ibarət olan bu məktəbdə hal-hazırda 711 şagirdin təlim-tərbiyyəsi ilə 57 müəllim məşğul olur, 3 hazırlıq qrupunda 55 uşaq təhsil alır, 25 sinif 1 növbəli rejimlə çalışır, tibb otağı, idman və akt zallarından ibarərdir. Məktəbin qarşısında Baş nazirin müavini Qarabağ yolunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Zülfi Hacıyevə həsr olunan guşə tikilib. Məktəbdə özündə maraqlı mövzuları əks etdirən “Odlar yurdum Azərbaycan”, Məktəbin şəhidlik zivəsinə ucalan məzunların xatirəsinə “Vətənimizi Qoruyaq”, “Vətənimizi qorumaq hər bir övladın borcudur” adlı stend, “Azərbaycan Respublikasının rəmzləri”, Ulu Öndərin və Azərbaycan Respublikasının prezidentinin iş fəaliyyətinə həsr olunmuş stendlər, “Məktəbimizin idman nailliyyətləri”, “Sumqayıt möcüzələr şəhəridir”, “Yüksək mədəniyyətə malik olan xalq irəli gedəcəkdir”, məktəbin şagirdlərinin hazırladığı bir birindən maraqlı divar qəzetləri və digər stendlər, “Keçmişini unudanın gələcəyi olmaz” qədim xalq olmağımızı xatırladan guşə var. Hər sinifdə Milli Qəhrəmanlarımıza və Azərbaycanın işgal olunan torpaqlarından bəhs edən stendlərdə yer alıb. Şagirdlərin dərsə davamiyyəti 98 faizdi. Kecən ilki nəticələrdə ürək açandır. Beləki, məktəbi bitirən 49 məzundan 37 nəfəri müxtəlif ali məktəblərə daxil olmuşdular. 1 məzun Aytac Ağazadə 600-dən yuxarı bal, 5 məzun 500-dən çox bal toplamışdılar. Xatırladaq ki, 2019-cı ildə məktəbi bitirən 2 sinifdən biri 100 faiz nəticə, digər sinif 50 faiz nəticə toplamışdılar. Şəhər üzrə ümumi faiz 75.05 faizdir. Məmmədova Könül müəllimənin 2 C sinifində, Hacıyeva Nazll müəllimənin 4 B sinifində, Abdullayeva Günay müəllimənin 11 A sinifində qonaq olduq. İbtidai siniflərdə şagirdlərin əl işlərindən ibarət sərgiilər var.
Məktəbin “Şahinlər” adlı hərbi komandası şəhərin hərbi tədbirlərində mütamadə olaraq istirak edirlər.
Məktəbin şagirdləri mütamadə olaraq şəhərin rəsm, qiraət, musiqi, idman, tədbirlərində, fənn olimpiadalarında fəal iştirak edirlər. İdmanda nailliyyəti olan Yusif Bayramov (Yeniyetmələr arasındsa cüdo üzrə I yer), Selcan Quliyeva Azərbaycan üzrə taekvando I yer), Hüseyn Hüseyinli (Yeniyetmələr arasında cüdo üzrə I yer), Cavid Ələkbərov (Respublika cempionu MMA üzrə), Məhəmməd Əhmədov (Yeniyetmələr üzrə güləş üzrə I yer), Roman Şirinli (Yeniyetmələr üzrə cüso III yer), Elşən İmanlı (Yeniyetmələr üzrə Abşeron cempionu II yer), Rəhman Sadıqov (Azərbaycan çempionu karate üzeə I yer), Kənan Musayev, İbrahim Əmirli, Seymur Salayev, Ağarza Hüseynov və digər şagirdlər şəhərimizdə və Azərbaycanın idman həyatında uğuru olan idmançılardı. Məktəbdə əlamətdar günlərdə müxtəlif tədbirlər kecirilir. Bu ilki tədris ilində “Bilik günü”, “Müəllimlər günü”, “Müstəqillik günü” adlı tədbirlər, açıq dərslər, dəyirmi masalar keçirilmişdir. “Bayraq günü”, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş, “Azərbaycanlıların həmrəyliy günü”, 2020-cı ildə isə “20 Yanvar” faciəsinin 30-cı ildönümünü, “Xocalı faciəsi”, “Novruz şənliyi”, “Ümummilli Lider H.Əliyevin doğum günü” və s. adlı tədbirlər keçiriləcək.
Məktəbin direktor əvəzi məktəbi canı və ailəsi qədər sevən bu kollektivə doğmalıq göstərən direktor əvəzi Rəna xanım İctimaixəbər.com əməkdaşına müsahibəsində bunları biıdirdi:
-Yeganə xanım mənə doğma olan pedoqoji kollektiv mənlə çiyin-ciyinə çalışır. Məktəbimizin kifayət qədər dərs uğurları var və məktəbin bir sıra şagirdləri “Sabahın alimləri”, Təhsil Nazirliyinin və Avropa şurasının “eTwinning” lahiyələrinə hazırlaşırlar. Yaxın günlərdə şəhərimizin yubliye keçiriləcək, silsilə tədbirlərdə bizimdə payımız var. Şəhərimizdə və Respublikada keçirilən fənn olimpiadalrında və bilik yarışlarında məktəbimizin şagirdləri iştirak edir. Məktəb bir məbəddir.
Bizdə İctimaixəbər.com xəbər portalı olaraq kollektivimiz adından Z.S.Hacıyev adına Sumqayıt şəhər 17 nömrəli məktəbinin müdiriyyəti Rəna xanım başda olmaqla müəllim, şagird kollektivinə möhkəm can sağlığı, təhsildə uqurlar arzulayırıq. Məktəbiniz həmişə Respublikada tanınan məktəblər sırasında olsun. Dünənki, bu günki və sabahkı məzunlarınızla fəxr edəsiniz.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

MƏKTƏB BİR MƏBƏDDİR - FOTO
MƏKTƏB BİR MƏBƏDDİR - FOTO
MƏKTƏB BİR MƏBƏDDİR - FOTO
MƏKTƏB BİR MƏBƏDDİR - FOTO
MƏKTƏB BİR MƏBƏDDİR - FOTO
MƏKTƏB BİR MƏBƏDDİR - FOTO
MƏKTƏB BİR MƏBƏDDİR - FOTO
MƏKTƏB BİR MƏBƏDDİR - FOTO