DİM qəbul imtahanlarının vaxtını AÇIQLADI

"Növbəti il üçün qəbul imtahanlarının vaxtı müəyyən olunmasa da, müzakirə olunur".

İctimaixəbər.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, 2020-ci ildə Bakı "Formula-1" yarışları ilə yanaşı, Avropa çempionatı oyunlarına da ev sahibliyi edəcək: "Ölkədə kütləvi tədbirlər keçirilən zaman qəbul imtahanlarının da keçirilməsi çox mürəkkəb olur. Bakıda keçiriləcək kütləvi tədbirlərin vaxtı müəyyən edildikdən sonra qəbul imtahanlarının da tarixlərini elan edə biləcəyik".