ADPK-nin 100 illik yubileyinə həsr olunmuş nümunəvi dərs - FOTO\VİDEO

ADPK-nin 100 illik yubileyi münasibəti ilə təsviri incəsənət qruplarında təhsil alan tələbələr üçün rəssamlıq emalatxanası yaradılmışdır.

Emalatxanın istifadəyə verilməsində kollecin direktoru Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent İsrayıl İsgəndərovun böyük dəstəyi olmuşdur və burada tələbələr üçün hər bir şərait yaradılmışdır.
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji kollecınin təsviri incəsənət şöbəsinin nümunəvi dərsinin qonağı oldum. Kollecə daxil olanda çox isti bir ab-havada qarşılandım, burda hər şey səliqə səhmanda və qaydada idi. Təsviri incəsənət şöbəsinin rəssamlıq emalatxanasında əl işləri, müxtəlif sənət əsərləri, rəsm əsərləri, maraqlı tablolar göz oxşayırdı. Burada rəssam şagirdlər rəssamlığın müxtəlif sahələri ilə məşğul olurlar.
Azərbaycan Dövlət Pedoqoji kollecinin təsviri incəsənət şöbəsinin II-IV kurs tələbələri nümunəvi dərsdə ADPK-nin 100 illik həyatında baş verən əlamətdar günləri, kətan üzərində yağlı boyalarla, portret əsərləri, müxtəlif səpkili mövzular, dekorativ tətbiqi sənət sahəsinin keramika və şüşə üzərində işlər işlədilər. 21 tələbənin iştirakı ilə xalq sənəti nümayış olundu.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, məktəbibin təsviri inçəsənət müəlliməsi Rəsmiyyə Mahmudova öz fikirlərini bizlə bölüşdü:

–Yeganə xanım bu il Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji kollecınin 100 illik yubileyi keçirilir. Bu yubley münasibəti ilə ADPK-nin təsviri incəsənət şöbəsinin tələbələri üçün rəssamlıq emalatxanası yaradılmışdır. Kollecin təsviri incəsənət müəllimi olaraq bu günki nümunəvi dərsimizidə bu yubleyə həsr etmişik. Kollecin direktoru İsrayıl İsgəndərov başda olmaqla bütün pedoqoji kollektivi, tələbələri və bu kollecin keçmiş məzunlarını ürəkdən təbrik edirəm. Bizim şöbənin çox istedadlı rəssam tələbələri var, inanıram ki onlar gələcəyin böyük rəssamları olacaq. Biz şüşə, keramika üzərində müxtəlif işlər işləyirik. Yeri gəlmişkən özünüzdə şahidi olduz ki, tələbələr qabların içərisinə bir-birindən maraqlı mövzuda rəsm əsərləri çəkirlər. Bu da gələcək rəssamların özəlliyidir. Xalq sənətinin, dekorativ sənətinin bütün nümunələrini, kətan üzərində yağlı boyalarla iş, portret əsərləri, müxtəlif səpkili mövzularda işləyirik.

Kollecin IV kurs tələbəsi Nağıyeva Gülqədəm “İctimaixəbər.com” sayıtına öz müsahibəsində bilirdi:

-IV kurs tələbəsiyəm sonuncu təhsil ilim ADPK-nin 100 illik yubileyinə təsadüf etdiyinə görə çox sevinirəm. Bir tələbə olaraq kollecə kətanda işlədiyim əsərimi hədiyyə verirəm. Sevimli müəlliməmiz kollecin 100 illik yubileyində əsərlərimizi nümayış olunmasında bizə çox köməklik edir. O bizə dekorativ tətbiqi sənətinin sirlərini, öz bilik və bacarıqlarını sevə-sevə öyrədir.

Kollecin IV kurs tələbəsi Çıraqova Gülşən bunları bildirdi:

- Seçdiyim sahəni və öz işimi çox sevirəm. Bizim əsas məqsədimiz özümüzü bilikləndirmək, rəsm və rəssamlar haqqında çoxlu məlumatlar öyrənməkdir. Bu dərsi bizlərə tədris edən, əsərlərimi işləməkdə mənə köməklik edən Rəsmiyyə Mahmudovaya çox təşəkkür edirəm. Biz həmdə öz növbəmizdə 2-ci, 3-cü kurslara da köməklik edirik. Bu günə qədər kollecin bir çox sərgilərində iştirak etmişik, hal-hazırda kollecin 100 illik yubleyi ərəfəsindəyik. Məndə dekorativ tətbiqi sənət üzərində maraqlı bir iş işləmişəm və bir neçə əsərimi kollecə hədiyyə verəcəm. Nimcələr üzərində 100 illik tarixi olan kollec haqqında məlumatları, əhəmiyyətli hadisələri naxışlarla işləyərək təqdim etmişəm.
Sonda kolecin II kurs tələbəsi Humay Soltanova bizə öz çəkdiyi gözəl bir rəsm əsəri hədiyyə etdi.
Bizdə “İctimaixəbər.com” informasiya portalı olaraq Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji kollecınin 100 illik yubileyi münasibəti ilə kollecin direktoru İsrayıl İsgəndərov başda olmaqla bütün pedoqoji kollektivi, tələbələri üərəkdən təbrik edirik. Yubleyiniz mübarək!

Sizə nümunəvi dərsdən hazırladığımız video carxı təqdim edirik.

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

ADPK-nin 100 illik yubileyinə həsr olunmuş nümunəvi dərs  - FOTOVİDEO
ADPK-nin 100 illik yubileyinə həsr olunmuş nümunəvi dərs  - FOTOVİDEO
ADPK-nin 100 illik yubileyinə həsr olunmuş nümunəvi dərs  - FOTOVİDEO

ADPK-nin 100 illik yubileyinə həsr olunmuş nümunəvi dərs  - FOTOVİDEO