Üç əsri qovuşduran məktəb - FOTO

Corat məktəbinin 120 illik yubileyi qeyd olunub

İctimaixeber.com xəbər verir ki, 19.12.2019-cı il tarixində Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəbin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev, təhsil ictimaiyyətinin nümayəndələri, məktəbin məzunları və qəsəbə sakinləri iştirak edib. Qonaqlar şagirdlərin əl işlərindən və çəkdiyi rəsmlərdən ibarət sərgiylə tanış olublar, sonra talelərini Coratla bağlayan şəxslərin rəsmlərindən ibarət tarix muzeyinin aşılışı olub. Tədbir məktəbin akt zalında davam etdirilib. Azərbaycan Dövlət himninin səsləndirilməsindən sonra məktəbin tarixindən bəhs edən film nümayiş olundu.
Məktəbin tarixinə nəzər salaq:
İşığına yığışdığımız 7 nömrəli tam orta məktəb gözəl Sumqayıtımızın çoxsaylı təhsil ocaqları arasında ən qədim məktəbdir. Belə ki, kənxuda Hacı Abdulxaliqin rəhbərliyi ilə kənd ziyalılarının yazılı müraciəti və əhalidən imza toplanmasının nəticəsi olaraq Qafqaz canişinliyi ibtidai məktəbinin açılmasına icazə verilir. Məktəb ilk dəfə Hacı Baləminin eyvanında fəaliyyətə başlamışdır. 1910-1918-ci illərdə Alı müəllim adlı şəxs, 1918-1920-ci illərdə “müdir əfəndi” deyə çağrılan Məhəmməd bəy, sonralar isə digər ziyalılar Corat məktəbinə rəhbərlik etmişdir. 1000 nəfərdən çox şagirdli olan məktəbdə tədris bir növbəlidir, şagirdlərin təlim-tərbiyəsi ilə 90 pedoqoji işçi məşğul olur. Məktəbdə sinif otaqları, fənn kabinetləri, kampüter otaqları, zəngin kitabxana, tarix muzeyi, vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə hərbi hazırlıq sinifləri ən müasir tələblər səviyyəsində qurulub. İdman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması, məktəb və qəsəbə tədbirlərinin keçirilməsi üçün lazimi şərait yaradılmışdır. Bu günlərdə şair-publisist, “Qızıl qələm” və “Media” mükafatları laureatı Nisə Heydərlinin məktəb həyatına həsr olunmuş “ Corat məktəbi-üç əsri qovuşduran elm məbədi” adlı yubley kitabı işıq üzü görmüşdür. Məktəb 2018-2019-cu tədris ilində məktəb tarixində görülməyən nəticə vermişdir. Beləki, 31 məzundan 24 nəfər müxtəlif ali məktəblərə qəbul olaraq tələbə adını qazanmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, 120 yaşlı məktəb etibarlı əllərdədir. Corat məktəbinin hazırki binası 1990-cı ildə tikilib. Təçrübəli pedoqoji kollektivə Təranə Haqverdiyeva rəhbərlik edir. Məktəbin direktoru
Təranə Haqverdiyeva qonaqları salamladı:
-Hörmətli Zakir müəllim, Firidun müəllim, əziz qonaqlar məktəbimizə xoş gəlmisiniz! Sizin hər birinizi bütün Corat əhli eləcədə məktəbimizin kollektivini salamlayıram. Əzizimiz Zakir müəllim qədim təhsil ocağı olan məktəbimizin 120 illik yubleyi dövlət başçımızın sözləri ilə desək “Günü-gündən möcüzələr şəhərinə çevrilən Sumqayıt” şəhərinin 70 illik yubleyinə təsadüf edir. Preizident İlham Əliyev cənablarının sərancamı ilə Sumqayıt şəhərinin 70 illik yubleyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağınız münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Bu gün respublikada təhsil sahəsində böyük işlər görülüb. Cənab prezident İlham Əliyevin səracamı təhsilin kefiyyəti yüksəldilib və artıq təhsilimiz Avropa standartlarına çatıb. Çox hörmətli birinci vitse prezident Mehriban xanım Əliyavanın diqqəti və nəzarəti ilə 3000-dən çox məktəb tikilib və əsaslı təmir olunub. Zakir müəllim Sumqayıt təhsili son iki ildə Respublikada nəticələrə görə birinci yerdədir. Bu məhz sizin tələbiniz idi və həmdə təhsilə göstərdiyiniz yüksək qayğıdır. Şəhərimizin hər bir tərəfi girişi gözəl, nəfis şəkildə bəzəldilməsi, genişlənməsi, YAP-nın binası, Bayraq muzeyi, Şahmat məktəbi, Heydər Əliyev mərkəzi, musiqi məktəbi, Nizami adına kino-teatr, Respublikada bir nömrəli olan Muğam mərkəzi, əsaslı təmirdən çıxmış dram teatırının binası, “Kimyaçılar” sarayı, nümunəvi məhəllər, başdan-başa asfalt döşənən yollarımız, yaxın günlərdə keçirdiyimiz şəhər günümüz hamsı sizin zəhmətinizin bəhrəsidir. Bütün bunlar biz sumqayıtlıları çox sevindirir. Bu gözəlliklərə görə prezident İlham Əliyevə və Zakir müəllim sizə dərin minnətdarlığımızı bildiririk.
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov öz çıxışında bildirdi:
-Əziz Corat sakinləri və hörmətli qonaqlar. Yaxın günlərdə Sumqayıt xoş günlərini yaşadı, hər birinizin iştirakı ilə möhtəm “şəhər günü” keçirtdik. Sumqayıt şəhər icra hakimiyyəti tərəfidən sizləri bu yubley münasibəti ilə ürəkdən təbrik edirəm. Sizə möhkəm can sağlığı, işlərinizdə yeni-yeni uğurlar arzulayıram. 120 yaşlı məktəbdən görünür ki Corat qəsəbəsnin çox qədim tarixi var. Coratın adlı-sanlı insanları var, onlardan biridə Azərbaycanın ilk metallurq qadını, Sosialist Əməyi Qəhrəmanı Corat qəsəbəsinin sakini Zəminə Həsənovadır. O öz əməyi ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Coratın tanınmış idmançıları, ziyalıları, mədəniyyət və incəsənət xadimləri və s. vardır. Ulu Öndər Sumqayıta 16 dəfə səfər etmişdir və hər gəlişindədə yeni-yeni müəssələr, zavad, fabriklər və digər müəssələr açmışdır. 1974-cü il noyabr ayının 27-də Heydər Əliyev şəhərimizin dram teatrının binasında Sumqayıt şəhərinin 25 illik yubleyində iştirak etmişdir. 45 il sonra onun siyasi varisi cənab prezident İlham Əliyev Sumqayıtın 70 illik yubleyində iştirak etmişdir və Cənab prezidentimizin Sumqayıta gəlişi bizə şərəf və qürur verdi. Prezident 71 nəfəri fəxri adlar və “Tərəqqi” medalı ilə təltif etdi. Bu təltiflərin verilməsi bizim üstümüzdə böyük yük və bizim üzərimizə məsulliyyət qoydu. Cənab prezident İlham Əliyev Sumqayıta xüsusi diqqət və qaygı ilə yanaşır. Bu gün ölkəmiz çox dinamik və yüksək səviyyədə inkişaf edir, elə bir sahə yoxdur ki, orada inkişaf getməsin, bu haqda saatlarla danışmaq olar. Şəhərimizdə gedən quruculuq, abadlıq işləri nəticəsində bu gün sağlam bir Sumqayıt ailəsi yaranıb. Bu da məni çox sevindirir. Əlamətdar gün münasibəti ilə məktəbin müəllim və şagird kollektivini təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində daha böyük müvəffəqiyyətlər arzulayıram.
Sonra məktəbin keçmiş direktoru, ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan Dostuxanım Zülfüqarova, Corat qəsəbə Gənclər şurasının sədri Ağabəy Paşayev, Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev, şair-publisist, “Qızıl qələm” və “Media” mükafatları laureatı Nisə Heydərli və digər natiqlər yubley münasibəti ilə öz ürək sözlərini və təbriklərini söylədilər.
Yubiley tədbirində şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdiridlər.
Yubiley tədbirində incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.
Sonda məktəbin pedaqoji kollektivinin bir sıra üzvlərinə və fəal Corat qəsəbə sakinlərinə, səmərəli fəaliyyətlərinə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub. Məktəbin direktoru Təranə Haqverdiyevaya və məktəbin keçmiş direktoru, ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan Dostuxanım Zülfüqarovaya şəhər icra başçısı Zakir Fərəcov qiymətli hədiyyələr verdi.
Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq məktəbin direktoru Təranə xanım başda olmaqla bütün pedoqoji kolektivini və şagird heyətini yubley münasibəti ilə ürəkdən təbrik edirik. Məktəbinizin məzunlarının və şagirdlərinin səsi-sorağı dünyanın hər tərəfindən eşidilsin.

BAYRAMINIZ MÜBARƏK!

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO

Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO
Üç əsri qovuşduran məktəb - FOTO