Hər kəs keçdiyi uğurlu həyat yolu ilə müəllimə və məktəbə borcludur- FOTO

Respublikada ən yüksək 694.3 bal yığan Məhəmməd Ağamalıyev bu liseyin məzunudur.

Bu gün Sumqayıt şəhəri 17-ci mikrarayonda fəaliyyət göstərən N.Gəncəvi adına Texniki və təbiət elmlər liseyinin qonağı oldum.
Məktəbin tarixinə nəzər salaq:
Məktəb 1986-cı ildə tikilib. 2013-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür. 3 mərtəbədən 46 sinifdən ibarət olan bu məktəbdə hal-hazırda 1539 şagirdin təlim-tərbiyyəsi ilə 75 müəllim məşğul olur, Məktəb 2 növbəli rejimlə çalışır, tibb otağı, idman, akt və konfrans zallarından ibarərdir. Liseydə radio qovşagı fəaliyyət göstərir. Mütamadə olaraq əlamətdar günlərdə o günə həsr olunan hadisələrdən danışılır həmçinin məktəbin ictimai həyatında görülən mühüm hadisələrdən, həftənin və ayın əlaçıları şagirdləri haqqında məlumatlardan tənəffüs zamanı xəbər verir. Lisey həyatının bir günü izlədim və bir neçə sinifinin qonaqıda oldum: Milli qəhrəman Cingiz Mstafayev adına 1 A sinfi “Qarabağ Azərbaycanındır”adlı rəsm əsəri üzərində iş aparırdı, sinifdə əl işlərindən ibarət maraqlı guşədə var, sinif rəhbəri Gülnarə Əliyevadır. Milli Qəhrəman Nazim Babayev adına 4 B sinifi, sinifin rəhbəri Yeganə Hümbətova, Milli Qəhrəman Aslan Atakişiyev adına 2 B sinifi, sinif rəhbəri Elnurə Çərkəzovadır. Xatırladaq ki, 2 B sinifi 24 dekabr keçirilən yol hadisələrinin qarşısını almaq məqsədi ilə uşaq və yeniyetmələrin iştirakı ilə “Nişanlar dünyası” adlı şəhər tədbirinin qalibi olub. Liseydə 8 İ “Xüsusi istedadlı şagirdlər” sinifi var. Bu sinif nazirlik tərəfindən keçirilən müsabiqə qaliblərindən ibarətdir.2015-ci ildən “Respublikanın Əməkdar müəllimi” fəxri adına layiq görülən biologiya müəlliməsi Xalidə Əhmədovanın dərsinin qonağı oduq. Dərslər əyani vasitələrlə keçirilir.
TTEL əlamətdar günlərdə müxtəlif tədbirlər kecirilib. Bu ilki tədris ilində “Bilik günü”, “Müəllimlər günü”, “Müstəqillik günü”, “Sumqayıt 70” silsilə tədbirlər, “Bayraq günü”, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər, açıq dərslər və dəyirmi masallar keçirilmişdir. Qarşıdan gələn “Azərbaycanlıların həmrəyliyi günü”, “20 Yanvar”, adlı və bir sıra tədbirlər keçirməyidə I yarım ilin iş planlarına daxil etmişdilər. Şagirdlər və məktəb kollektivi eləcədə “Şahinlər “adlı hərbi komondası mütamadə olaraq şəhər tədbirlərində yaxından və olduqca fəal iştirak edirlər. liseyin şagirdləri Azərbaycan televiziyalarında keçirilən bilik yarışmalarının iştiakçısı və qalibləridir.
Liseyin direktoru Rüxsarə Çıraq qızı Məmmədova 2011-ci ildən liseyə rəhbərlik edir. Rüxsarə xanım əmək fəaliyyətinə 1982-ci ildən başlayıb, 1984-cü ildən rəhbər vəzifələrdə işləyir. 2005-dən bu günə qədər direktor vəzifəsində çalışır. 2018-ci ildə Rüxsarə Məmmədova “Respublikanın Əməkdar müəllimi” fəxri adına layiq görülüb. 2005-ci ildə Mehriban Həsənova “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Liseyin bir sıra müəllimi “İlin müəllimi” müsabiqəsinin qalibidir: Rahib Əfəndiyev, Xalidə Nəzərova, Feruz Əhmədov, Səidə Bayramova, Yeganə Haqverdiyeva, Gülnarə Əliyeva, Kəmalə Hüseynova, Yeganə Hümbətova. Liseyin şagirdləri hər il “Sabahın alimləri” müsabiqəsində iştirak edərək qalib olurlar. Elnur Məmmədov, Ceyhun Şirinov, Ziya Əliyev, Mətin İbrahimov, İlqar İsgəndərov və s. liseyin tanınmış məzunlarıdır.
Liseydə özündə maraqlı mövzuları əks etdirən Azərbaycan Milli Qəhrəmanları, Liseyimizin fəxrləri, Bizim əlaçılar, həftənin və ayın əlaçıları, Nağıllar dünyası, “Sancaq” divar qəzeti və digər stendlər var. IV “Fənlər dostluğu” olimpiadasında birinci yerin qalibi Günay Zamanlı qalib olaraq “Azərbaycanın tarixi şəxsiyyətləri” adlı divar stendi qazanmışdır. Şagirdlərin əl işlərindən ibarət “Tullantıların ikinci həyatı” adlı sərgi, hər sinifdə vətənpərvərlik mövzusunda “Şərəfim-Vətənə xidmətimdir!”adlı stendlər yer alıb. Liseydə bir sıra şəhid lövhələri asılmışdır, onlardan biridə övladları bu tədris oçağında təhsil alan polkovnik Vüqar Yusifov, mayor Elnur Əliyev, kapitan Mühid Orucov Aprel şəhidlərinin böyüdülmüş şəkilləridir.
TTEL-nin nəticələrdə ürək açandır. Beləki hər il məktəbi bitirən məzunlar nətiçələrinə görə respublikanın 5450 məkətəbləri siyahısında ön yerlərdədilər. Onu da xatırladaq ki, liseyin məzunları hər il yüksək balla ali məktəblərə qəbul olur, təkcə 2018-2019-cı ilin 25 məzunu 600-dən yuxarı bal toplamışdılar. Ölkənin ali məktəblərinə qəbul imtahanlarının yekunlarına görə, 8 Sumqayıt tələbəsi Prezident təqaüdünə layiq görülmüşdür onlardan 4 tələbə texniki və təbii elmlər liseyinin məzunlarıdır: Məhəmməd Ağamalıyev (694 bal ), Əli Ağamalıyev (677 bal ), Pərviz Bayramov (674 bal ), Yaşar Kərimli (682 bal ). Məktəbin bir çox məzunları da ötən illərdə də Prezident Təqaüdünə layiq görülmüşdülər.
Liseyin qızıl medal alan məzunları:
Elçin Həsənli– 2013.
Nərmin Quluzadə – 2015.
Günay Zamanlı – 2015.
Ayşən Hüseyinli – 2016.
Ləman Səfərli – 2016.
Nərmin Ələkbərli – 2016.
Ələkbərli – 2018.
Banuçiçək Qurbanova– 2018.
Beynəlxalq layihələrdə uğurla nailiyyət qazanan qaiblər:
Xəyal Şərəfxanov- fizika üzrə London və İstanbulda keçirilən dünya olimpiadasında uğurla iştirak etmişdir.
Müşfiq Qurbanov- riyaziyyat üzrə Dünya olimpiadasında qalib olmuşdur.
Şəhla Həsənova- fizika üzrə fənn olimpiadasında bürünc medal qazanmışdır.
Nicat Kərimli – “İNEPO” beynəlxalq layihədə bürünc medal qazanıb.
Nicat Ələsgərov- “İNEPO” beynəlxalq layihədə bürünc medal qazanıb.
Hidayət Ələkbərli – Cənubi Koreyada fizika üzrə beynəlxalq olimpiadada iştirak edib.
“Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialı” üzrə dövlət proqramı çərçivəsində keçirilən müsabiqə:
Fəridə Camalova - I dərəcəli diplom.
Türkan Sultanlı- I dərəcəli diplom.
Nicat Ağayev – biologiya fənni üzrə respublika olimpiadası I yer.
Türkan Sultanlı- biologiya fənni üzrə respublika I və II yer.
Şaiq Xanlarov- fizika olimpiadasında bürünc medal qazanmışdır.
Ayaz Həsənov- fizika fənni üzrə Respublika olimpiadasında bürünc medal qazanmışdır.
Cavid Salahov- “xüsusi istedadlı şagirdlər” arasında keçirilən yarışın qalibi.
Bəhmən Mansurzadə -“Balkan riyaziyyat” olimpiadasında iştirak edib.
Rüxsarə xanım bu gün liseyinizin qonağı oldum və buradakı bir günü izlədim. Hər bir sinif özəl olaraq bir şəhidin adını daşıyır və otaqların hamısında səliqə-səhmanla yanaşı şəhid rəsimlərindən ibarət bir lövhə diqqətimi cəlb etdi. Bu lahiyəniz böyüməkdə olan nəsli şəhidləri unutmamağa və vətənpərvər olmağa çağırır.

-Yeganə xanım mən deyərdim ki Azərbaycanda möhtərəm prezidentimiz İlham Əliyev cənabları və onun xanımı I vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda təhsilə böyük qayğı göstərirlər. Bu gün Azərbaycanın ən ucqar kəndində estetik baxımdan o qədər gözəl məktəblər inşa olunub. O məktəblərin maddi texniki bazası və ən əsasıda hər şəraiti var, o cümlədəndə Sumqayıt şəhərində də təhsilə çox ciddi önəm verilir. Sumqayıt məzunları hər il qəbul imtahanlarında yüksək nəticələr nümayiş etdirirlər. Sumqayıt şəhərinin məktəbələrinin əldə etdiyi uğurlarda məhz bu qaygıdan əmələ gəlir. Bizim liseyin profili texniki sahələri yəni I-II qruplar üzrə, eyni zamanda təbiət fənləri üzrə IV qruplara abuturyent yetişdirir. Məktəbin vəzifəsi təkcə abuturyent yetişdirməkdən ibarət deyil, eyni zaman da şagirdlər nüfuzlu müsabiqələrdə iştirak edib qalib olmalarıdır. Liseyimizin pedoqoji kollektivi şagirdlərə hər tərəfli biliklər verirlər, həyata və cəmiyyətə yararlı bir vətəndaş yetişdirirlər. Şagirdlərimiz eyni zamanda vətənpərvər ruhda böyüyürlər. Azərbaycanın 20 faizdən çoxu işğal altındadır və həmin torpaqlarımızın geri qaytarılması üçün hər kəs vətənini, xalqını sevməlidir. Biz mütamadə olaraq vətənpərvərlik ruhunda tədbirlər, dəyirmi masalar həyata keçiririk. Bildiyiniz kimi liseyin nizamnaməsində yazılıb ki, liseyə istedadlı uşaqlar cəlb olunmalıdır. Bu gün bütün sahələrdə uğurlarımız var, uğurlarımızın bir qismi ilə də sizdə tanış olduz. Şagirdlərimiz və müəllimlərimizin bütün sahələrdə yetərincə uğurları var və ona görə də liseyimiz hər Azərbaycanda olan 5450 məktəblərin sıralanmasında ilk beşlikdə yer tutur. Bu il liseyimizi 48 məzun bitir. Hər il olduğu kimi 11-si siniflərin qəbulu yüz faizdi nəticədir və hər biri yüksək balla tələbə adını qazanıblar. 25 nəfəri 600-dən yuxarı bal yığıblar. 3 məzun xarici ölkədə nüfuzlu universitetlərə daxil olub. Kərimli Kərim Təhsil nazirliyi tərəfindən dövlət sifarişli ali məktəbə göndərilib, bir məzun türkiyədə ali məktəbdə, bir məzunumuz FLEX proqramı ilə ABŞ-da təhsil alır. Bizim məktəbin şagirdlərinin fundamental bilikləri yüksək səviyyədədir və onların yüksək bal yığmasının əsas səbəbkarları məhz bizim müəllimlərdir. Şagirdlərimizin heç bir repetitora etiyacı yoxdur. Bildiyiniz kimi bu il ilk olaraq buraxılış imtahanlarının modeli dəyişdi. Birinci mərhələdədə, ikinci mərhələdədə bizim liseyin şagirdləri həm atestat balı həm də qəbul balı olaraq ölkə üzrə yüksək nəticə verdi. Qəbul imtahanının birinci mərhələsindən yeganə olaraq bizim şagird Muxtəsənov Tofiq 400 bal ümumilikdə 667 bal yığdı, eyni zamanda Ağamalıyev Məhəmməd respublikada ən yüksək 694.3 bal yığan abituriyent oldu. Son illər Azərbaycan Respublikasının Təhsil nazirliyi “Fənn müsabiqələri” adlı müsabiqə keçirir, artıq V müsabiqə oldu və beş müsabiqənin üçündə liseyimizin şagirdləri birinciliyi əldə edirlər Təhsil nazirliyi tərəfindən fəxri diplomlar və kubok ilə təltif olunublar. Dövlətimizin təhsilə göstərdiyi qayğıya cavab olaraq kollektivimiz öz peşəsini və dərs dediyi şagirdləri sevərək bilik və baçarıqlarını uşaqlara öyrətməkdən yorulmurlar və bunu da özlərinə şərəf bilirlər.
Məktəb həyatının bir günü layihəmizlə Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və təbiət elmlər liseyinin qonağı olduq. Burda hər bir şey könül açan idi. Məktəbin nizam-intizamlı olması onun həyətindən və məktəbə girişindən və siniflərdən, hətdda şagirdlərin geyimlərindən başlayır. Bizdə bunları əyani olaraq izlədik.
“İctimaixəbər.com” xəbər portalı olaraq bu çətin və şərəfli peşədə liseyin direktoru Rüxsarə xanım başda olmaqla bütün pedoqoji kollektivə daima ucalarda olmağı arzulayırıq. Hər zaman liseyininzin adı respublikanın məktəbləri siyasında ön cərgədə çəkilsin.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Hər kəs keçdiyi uğurlu həyat yolu ilə müəllimə və məktəbə borcludur- FOTO
Hər kəs keçdiyi uğurlu həyat yolu ilə müəllimə və məktəbə borcludur- FOTO
Hər kəs keçdiyi uğurlu həyat yolu ilə müəllimə və məktəbə borcludur- FOTO
Hər kəs keçdiyi uğurlu həyat yolu ilə müəllimə və məktəbə borcludur- FOTO
Hər kəs keçdiyi uğurlu həyat yolu ilə müəllimə və məktəbə borcludur- FOTO
Hər kəs keçdiyi uğurlu həyat yolu ilə müəllimə və məktəbə borcludur- FOTO
Hər kəs keçdiyi uğurlu həyat yolu ilə müəllimə və məktəbə borcludur- FOTO
Hər kəs keçdiyi uğurlu həyat yolu ilə müəllimə və məktəbə borcludur- FOTO
Hər kəs keçdiyi uğurlu həyat yolu ilə müəllimə və məktəbə borcludur- FOTO
Hər kəs keçdiyi uğurlu həyat yolu ilə müəllimə və məktəbə borcludur- FOTO
Hər kəs keçdiyi uğurlu həyat yolu ilə müəllimə və məktəbə borcludur- FOTO
Hər kəs keçdiyi uğurlu həyat yolu ilə müəllimə və məktəbə borcludur- FOTO
Hər kəs keçdiyi uğurlu həyat yolu ilə müəllimə və məktəbə borcludur- FOTO
Hər kəs keçdiyi uğurlu həyat yolu ilə müəllimə və məktəbə borcludur- FOTO
Hər kəs keçdiyi uğurlu həyat yolu ilə müəllimə və məktəbə borcludur- FOTO