2400-dək məktəbdə dizenfeksiya işləri aparılıb

"İndiyədək Azərbaycanın bütün coğrafiyası boyu 2400-dək ümumtəhsil məktəbində dizenfeksiya işləri aparılıb".

İctimaixeber.com bildirir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, proses davam edəcək:

"Bu proses növbəti 5-6 gün ərzində bağçalardan tutmuş universitetlərədək bütün təhsil müəssisələrini əhatə edəcək"


Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycandakı bütün təhsil müəssisələrində tədris martın 3-dən 9-na qədər dayandırılıb. Tədris fasiləsindən sonra ilk dərs günü martın 10-u müəyyən edilib.