Məktəblər nə vaxt açılacaq? - Nazir AÇIQLADI - VİDEO

Məktəblərdə dərslərin başlanması ilə bağlı hazırda hansısa konkret tarix mövcud deyil. Bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın iclasında Təhsil naziri Ceyhun Bayramov deyib. Nazir son 2 ayın dərs məzmunundan qəbul imtahanlarına sual salınmamasının mümkün olduğunu da bildirib.

Qəbul imtahanlarında son 2-3 ayın mövzularından sual salınmaya bilər. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında təhsil naziri Ceyhun Bayramov deyib.

Təhsil naziri məktəblərin açılması məsələsinin də hələ gündəmdə olmadığını, ancaq nazirliyin hökümət tərəfindən veriləcək bütün qərarlara uyğun ssenariləri olduğunu vurğulayıb.

Ceyhun Bayramov son zəng tədbirlərinin necə keçiriləcəyi ilə bağlı sualı da cavablandırıb. Nazir qeyd edib ki, bununla bağlı bir neçə variantdan istifadə etmək olar.

Nazir sonuncu kursda kəsiri olub imtahan verə bilməyənlərin hərbi xidmətə göndərilməsi məsələsindən də danışıb. Ceyhun Bayramov bu tələbələrin göstəriciləri əsasında onlara güzəşt edilə biləcəyini və bununla bağlı hökümətə təkliflər verəcəklərini vurğulayıb.