Sumqayıt məktəblisi süni ayaq yaradıb - VİDEO

Sumqayıt məktəblisi süni ayaq yaradıb - VİDEO
"Sabahın alimləri” VIII Respublika müsabiqəsində gümüş medal qazanmış həmyerlimiz Murad Ramazanlı etdiyi ixtira ilə əmisi kimi əlil olan şəxslərə kömək olmaq niyyətindədir.
Sumqayıt şəhər 11 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Murad Ramazanlı müsabiqədə Tibbi Sağlamlıq kateqoriyası üzrə gümüş medal qazanıb. Muradın ixtirası əlillər üçün süni protezdir. O, bu layihəni əmisi kimi əlil olan şəxslərə yardım etmək məqsədi ilə hazırlayıb və uğurlu nəticə əldə edib. 10-cu sinif şagirdinin layihəsini a daha da təkmilləşdirilərək fiziki məhdudiyyətli şəxslərə kömək etmək mümkündür. Həm də, çox cüzi vəsait hesabına.