Mən oxuyanda da məktəbdə pul yığırdılar - Nazir

Mən oxuyanda da məktəbdə pul yığırdılar - Nazir

"Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Bu, cəmiyyətin xroniki problemidir. Mən oxuduğum müddətdə də belə problem var idi".

İctimaixeber.com xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, valideynlər məktəbin idarəetməsində yaxından iştirak etmirlər: "Bu, bir modeldir. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm".