Nazir müəllimlərin sertifikasiyadakı nəticələrindən danışıb

Nazir müəllimlərin sertifikasiyadakı nəticələrindən danışıb

Ümumilikdə müəllimlərin 78 faizi sertifikasiyada uğurlu nəticə əldə edib.

Ictimaixeber.com məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin Sentyabr konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, 2978 müəllim sertifikasiyanın ilk mərhələsində yüksək nəticə əldə edib.

"1530 müəllim sertifikasiyanın ilkin mərhələsində 21-29 bal toplayıb. Bu müəllimlərə bir il ərzində təkmilləşdirmə kurslarına cəlb edilərək, dəstək veriləcək", - nazir bildirib.