Nazir müdiri işdən çıxardı - Yeni təyinat

Nazir müdiri işdən çıxardı - Yeni təyinat
Təhsil naziri Ceyhun Bayramov şöbə müdirini işdən çıxarıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Ceyhun Bayramovun müvafiq əmri ilə, nazirliyin Daxili Nəzarət Şöbəsinin rmüdiri Kənan Quliyev vəzifəsindən azad olunaraq, onun yerinə İlqar Mahmudov təyin olunub.
Xəbəri Təhsil Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, İlqar Mahmudov bu təyinata qədər Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini, yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri vəzifəsində çalışıb.