İspaniya Kubokunun final matçı keçirilib.
ictimaixeber.info xəbər verir ki, Sevilya şəhərinin "Benito Vilyamarin" stadionunda baş tutan qarşılaşmada "Barselona" və "Valensiya" qarşılaşıb. Oyun 2:1 hesabı ilə "yarasalar"ın xeyrinə başa çatıb.
Qalib komandanın qollarını Kevin Qameyro və Rodriqo vurub. Kataloniya klubundan isə Lionel Messi fərqlənib.
Bununla da "Valensiya" tarixində 8-ci dəfə İspaniya Kubokunun sahibi olub. "Yarasalar" daha əvvəl 2008-ci ildə kuboku qazanmışdılar.
"Barselona" kuboku qazana bilmədi - VİDEO
sosial sebeke

















